Tarix : 2022 May 10
Kod 62524

Qaribaşvili: “Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək”

Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək.

Arannews :APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Irakli Qaribaşvili Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib:
“Ukraynada müharibənin başa çatması hamı üçün böyük önəm daşıyır, müharibənin nəticələri bütün dünyanın gələcək günlərini müəyyənləşdirəcək, o cümlədən də Gürcüstanın. Ona görə də, müasir dünyanın Avropanın üzləşdiyi bu çağırışa necə reaksiya verməsi çox önəmlidir”.
Baş nazir ölkəsinin Avropa ilə birlikdə olduğunu və Gürcüstanın Avropa ilə ortaq dəyərlərə sahib olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2022 May 10
  • Göndərən جهان کمالی