Tarix : 2022 May 11
Kod 62525

"Türkiyənin nizamsız su barajları tikməsi qəbuledilməzdir"

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, dost ölkə Türkiyənin nizamsız su barajları tikməsi qəbuledilməzdir.

 Arannews : Hüseyn Əmir-Abdullayian bu barədə  ölkə parlamenti, İslam Şurası Məclisində etdiyi çıxışı zamanı deyib: “İran İslam Respublikası üçün bu qəbuledilməzdir ki, dost və qonşu Türkiyənin Dəclə və Araz çayları üzərində nizamsız şəkildə tikdiyi barajlar bölgədə ekoloji vəziyyəti problemlərlə üzləşdirib, bizim və digər bölgə xalqları üçün müşküllər yaradıb”.
İran XİN rəhbəri, ölkə deputatlarından su ehtiyatları və ekoloji vəziyyətlə bağlı, habelə Türkiyənin tikdiyi su barajları ilə bağlı sualını cavablandırarkən bildirib ki, dost və qonşu Türkiyənin bu addımı İran üçün qəbuledilməzdir.
Əmir-Abdullahiyan bildirib ki, Türkiyənin Araz üzərində tikdiyi su barajları İrana və digər bölgələrə daxil olan suyun miqdarına mənfi təsir göstərib.
“Son səkkiz ayda azı iki dəfə həm telefonla, həm də görüşərək bu məsələni Türkiyənin xarici işlər naziri ilə müzakirə etmişəm. Tehranla Ankara arasında suyun istifadəsi ilə bağlı heç bir müqavilənin olmamasına baxmayaraq, son dörd ayda qarşı tərəflə danışıqlar aparmış və iki ölkə arasında suyun müştərək istifadəsi ilə bağlı birgə komissiya yaratmışıq", deyə Əmir-Abdullahiyan əlavə edib.

  • Yazılıb
  • da (də) 2022 May 11
  • Göndərən جهان کمالی