Tarix : 2022 May 11
Kod 62527

İsraildən Türkiyəyə gedən sərnişinlərə mesaj gəldi - uçuş ləğv edildi

Türkiyəyə gedən sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərilib.

Arannews : israilin Ben Qurion hava limanından Türkiyəyə uçmaq üçün havaya qalxan təyyarədə panika yaşanıb. 
Uçuşa az qalmış sərnişinlərin telefonlarına təyyarə qəzası fotoşəkilləri göndərildikdən sonra təyyarə uçuş-enmə zolağından geri qayıdıb.
İsrail Mülki Aviasiya Təşkilatı İsrail mətbuatında hadisə ilə bağlı açıqlama verib:
"Təyyarə terminala geri döndü və təhlükəsizlik qüvvələri sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər gördü. Sərnişinlər və onların baqajı üzərində yoxlamalara başlanıldı”. 
Görüntüləri kimin və ya kimlərin göndərdiyi barədə məlumat verilməyib.

  • Yazılıb
  • da (də) 2022 May 11
  • Göndərən جهان کمالی