İslam İnqilabının Aliməqamlı Rəhbəri xəbis sionistlərin Fələstin xalqına qarşı on illərdir davam edən zülmünü acı reallıq və İslam dünyası və ərəb dünyasına zərbə adlandıraraq deyib: İran İslam Respublikası ərəb dünyasından açıq şəkildə siyasi arenaya çıxmasını təvəqqe edir.
Arannews : məlumatına əsasən, Həzrət Ayətullahül-uzma Xamenei cümə axşamı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə vurğulayıb: “Ərəb ölkələrinin sionist rejimin cinayətləri qarşısındakı mövqeyi qorxu və ya tamah əsasındadırsa, bilməlidirlər ki, bu gün işğalçı İsrail rejimi nə ona tamah salmalı şəraitdədir, nə də ondan qorxmaq gərəkdir.
O həzrət regionun problemlərinin həllinin region ölkələrinin əlində və dialoq yolu ilə olduğuna toxunaraq bildirib ki, Suriya və Yəmən problemləri dialoqla həll oluna bilər. Əlbəttə təbii ki, dialoq zəif mövqedən olmamalıdır.
İslam İnqilabının Böyük Rəhbəri regionu idarə etmək üçün başqalarının müdaxiləsinə ehtiyac olmadığını vurğulayaraq qeyd edib: Sionistlər ayaq basdıqları yerdə fitnə-fəsad törədirlər və ölkələrə heç bir güc və ya imtiyaz verə bilməzlər, region ölkələri həmfikirlik və əməkdaşlıq yolu ilə öz münasibətlərini gücləndirməlidirlər.
İnqilab Rəhbəri həmçinin İran və Qətər arasında siyasi və iqtisadi əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb və deyib: İran-Qətər münasibətlərinin möhkəmliyi və sabitliyi hər iki ölkənin maraqlarına uyğundur.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsi çox aşağı və onu yüksəltmək lazımdır.
Qətər əmiri isə ikinci dəfə olaraq İrana səfərindən məmnunluğunu ifadə edərək, İslam İnqilabının Rəhbərinin İslam dünyasındakı mövqeyini yüksək qiymətləndirib.
O bildirib ki, sionist rejimin cinayətləri təəssüf doğurur, bu səbəbdən hər kəs Fələstindəki hadisələrə həssas yanaşmalıdır.