Tarix : 2022 May 14
Kod 62537

"Kreml üçüncü mərhələyə hazırlaşır və ümid edir ki, Qərb bizi satacaq"

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Arannews :Bizimyol.info xəbər verir ki, bu barədə ÜmumUkrayna telemarafonunun efirində daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.
Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikinci mərhələ - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.
“Birinci cəhddə çox geniş ərazinin mühasirəyə alınması planlaşdırılırdı. Oonlar birbaşa Pavloqraddan kəsməklə ölkənin böyük bir hissəsini mühasirəyə salaraq işğal etmək istəyirdilər, bu mümkün olmadı. Onda onlar daha az ərazinin nəzərdə tutulduğu ikinci - Kramatorsk və Slavyanskin mühasirəsi planının həyata keçirilməsinə çəhd etdilər, lakin bu da alınmadı. İndi isə son dərəcə kiçik bir ərazini saxlamaq uğrunda mübarizə planlaşdırırlar - Severodonetsk və Lisiçansk ərazilərində, onlar bunu da edə bilməyəcələr”,- deyə Andrusiv qeyd edib.
O, həmçinin qeyd edib ki, işğalçılar sərhədlərin müdafiəsinə hazırlaşmağa başlayıblar.
"İndi üçüncü mərhələ gəldi - onlar dayandıqları yerləri müdafiə etməyə hazırlaşmağa başlayıblar. Bu, onların müharibəni çox uzun müddət davam etdirmək qərarına gəldiklərini göstərir. Onlar uzun müddətli müharibənin böhranlara səbəb olacağına ümid edirlər. Düşünürlər ki, ağır xərclərdən və iqtisadi çətinliklərdən bezən Qərb bir gün onlarla danışıqlar masası arxasında oturmağa məcbur qala bilər. Kreml Qərbin bizi nəyinsə müqabilində satmağa razı olacağı günə ümid edir”, - deyə o bildirib.
Qeyd edək ki, mayın 13-də Pentaqon Ukrayna ordusunun Donbassda işğalçıların hücumunu pozduğunu açıqlayıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb. O, Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırıb və əlaqələrin qorunmasının vacibliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2022 May 14
  • Göndərən جهان کمالی