Tarix : 2022 May 15
Kod 62538

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Arannews :Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərdə, xüsusilə siyasi, iqtisadi, ticarət və konsulluq sahələrində və parlamentlərarası əlaqələrdə baş verənləri və Birgə İqtisadi Komissiyada əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edib, fikir mübadiləsi aparıblar. 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi danışıqlar aparmaq üçün yaxın vaxtlarda Tehrana səfər edəcəyini açıqlayıb. 
İranın xarici işlər naziri ötən dekabr ayında Bakıya bir günlük səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

  • Yazılıb
  • da (də) 2022 May 15
  • Göndərən جهان کمالی