Heç kimsə İranın sülhməramlı nüvə texnologiyasına yiyələnmək üzrə haqqına şübhə etmir
Iran Servisi/Aran Agentliyi
MAQATE-nin baş direktoru bir daha İİR-nın sülhməramlı nüvə texnologiyasından istifadə üzrə haqqına təkid edib. "İrna"-nın Vyanadan verdiyi məlumata əsasən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd Əl-Bəradei cümə günü Hindistan anlaşması haqda MAQATE-nin Hakimlər Şurasının xüsusi iclası kənarında, müxbirlərin bu şura tərəfinin ikili standartların tətbiq edilməsi haqqındakı sualına cavab olaraq, deyib: Heç kimsə İranın sülhməramlı nüvə texnologiyasına yiyələnmək üzrə haqqına şübhə etmir. Əl-Bəradei xatırladıbdır ki, MAQATE sentyabar ayında İran haqda müzakirələr edəcək.