Tarix : 2022 May 15
Kod 62540

Ukrayna İlan adasına hücumları niyə artırıb... - Adanın əhəmiyyəti

"Ukrayna İlan (Zmeinıy) adası uğrunda mübarizə aparacaq. Bu ərazi Ukrayna Silahlı Qüvvələri və Rusiya Federasiyasının ordusu üçün vacibdir".

Arannews :Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov Teleqram kanalında bildirib. O,qeyd edib ki, “İlan” adasının həm Ukrayna, həm də Rusiya işğalçıları üçün strateji əhəmiyyəti var, çünki o, Qara dəniz səthinə və müəyyən dərəcədə Ukraynanın cənubunda hava vəziyyətinə nəzarətə imkan verir.
Həmçinin, İlan adası Rusiyanın taktiki amfibiya enişinin mümkünlüyü baxımından strateji əhəmiyyət kəsb edir. Kirill Budanovun sözlərinə görə, nəzəri cəhətdən bu, Rusiya işğalçılarının Moldovanın işğal olunmuş Dnestryanı bölgəsi ərazisinə qoşun yeritməyə cəhd edə biləcəyi yeganə bölgədir.
“Adaya kim nəzarət etsə, istənilən vaxt Ukraynanın cənubuna doğru bütün istiqamətlərdə mülki gəmilərin hərəkətinə mane ola bilər. İlan adası Ukrayna ərazisidir və biz onu işğaldan azad etmək üçün nə qədər lazımdırsa, onun uğrunda mübarizə aparacağıq ”,- deyə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirib.
Onun sözlərinə görə, bu, dəniz ticarət yollarını açmaq, Ukraynaya silah gətirmək və Rusiyanın qondarma Dnestryanı ərazisində hər hansı mümkün hərbi hərəkətlərinin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb edən məqamdır. Rusiya buradan Ukraynanın qərb hissəsinə hücum edə bilər.
Qeyd edək ki, Rusiya ordusunun zəif qorunan qarnizonunu gücləndirməyə çalışdığı İlan adasında döyüşlər davam edir. Ukrayna “Bayraktar"ların köməyi ilə Rusiyanın hava hücumundan müdafiə sistemlərini və təchizat gəmilərini zədələyir. Xüsusilə, Rusiya donanmasının Krıma geri çəkilməsindən və “Moskva” raket kreyserinin itirilməsindən sonra Qara dənizin qərb hissəsində Rusiya gəmiləri minimum mühafizə ilə təmin edilib.
Mayın 12-də də Qara dənizdə İlan adasının yaxınlığında Rusiyanın “Vsevolod Bobrov” logistika gəmisi də yanıb.

  • Yazılıb
  • da (də) 2022 May 15
  • Göndərən جهان کمالی