Tarix : 2022 May 16
Kod 62543

Zirə qəsəbəsi Cümə məscidi

Məscid Bakının Zirə qəsəbəsində, Əbülhəsən Babayev küçəsində yerləşir. İbadətgah hicri-qəməri təqvimi ilə 1296-cı (1879) il inşa edilib. Bu haqda məscid binasının arxa tərəfində qapı ilə pəncərənin arasında yerləşən daş kitabədə məlumat verilir.

Arannews :ibadət evində eyni vaxtda 400 insan ibadət edə bilər. Məscidin hündürlüyü 30 metr olan qoşa minarəsi var. İbadətgahın ərazisində 250 nəfərlik mərasim zalı, texniki və yardımçı otaqlar mövcuddur.
Sovet dövründə məscid bir müddət bağlı qalmış və sonradan klub kimi istifadə edilib. İbadətgah 1990-1992-ci illərdə məsciddə yenidənqurma işləri aparılıb və yeni tikililər əlavə olunub.
İbadətgah 2015-2016-cı illərdə bərpa edilib.
Zirə qəsəbəsi Cümə məscidi yerli əhəmiyyətli tarixi abidə hesab edilir.

  • Yazılıb
  • da (də) 2022 May 16
  • Göndərən جهان کمالی