Tarix : 2022 May 20
Kod 62549

“Putinlə əlaqələri kəsmək fikrim yoxdur” - Ərdoğan

Rusiya-Ukrayna müharibəsinə gəlincə, biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq.

Arannews :Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.
“Bu balans siyasətində, şübhəsiz ki, cənab Putin və ya cənab Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur. Mən Putin və Zelenski ilə telefon diplomatiyamı davam etdirirəm. Mən öz xüsusi nümayəndəmi onların yanına göndərmişəm və bundan sonrakı prosesdə də bunu davam etdirəcəyik. Çünki yeni dünya müharibəsinin başlamasının nə bölgəmizə, nə də dünyaya heç bir faydası yoxdur. Hazırda Ukraynadan immiqrasiya göz qabağındadır, digər tərəfdən bu işin Rusiya və Ukraynaya xərci göz qabağındadır”, - Prezident Ərdoğan çıxışında bildirib.

  • Yazılıb
  • da (də) 2022 May 20
  • Göndərən جهان کمالی