Tarix : 2022 May 22
Kod 62556

LiderlərTürkiyə və Finlandiyanın NATO-ya üzvlük prosesini müzakirə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistö ilə telefon danışığı aparıb.

Arannews : xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Liderlər Finlandiyanın NATO-ya üzvlük prosesini müzakirə edib. 
Ərdoğan NATO daxilində müttəfiq üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymayan yanaşmanın dostluq və müttəfiqlik ruhu ilə bir araya sığmadığını bildirib. O qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyinə və xalqına açıq təhdidlə qanuni, qətiyyətli mübarizəsinə hörmət və dəstək gözləmək ən təbii haqqdır.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını rəsmən elan edib.

  • Yazılıb
  • da (də) 2022 May 22
  • Göndərən جهان کمالی