Iran Servisi/Aran Agentliyi
İyulun 29-30-da Tehranda Bloklara Qoşulmayan Ölkələr Hərəkatının (BQÖH) xarici işlər nazirləri səviyyəsində növbəti iclası keçirildi. 1961-ci ildən qurulan bu qurumda Afrika, Asiya, Latın Amerikası və Avropadan Belorusiya da daxil olmaqla 118 ölkə təmsil olunur. Azərbaycan Respublikası isə bu qurumda müşahidəçi qismində iştirak edir. Ümumiyyətlə, böyük və zor gücünə siyasət yürüdən hegemonlar qarşısında öhdəlik götürməyən bu dövlətlərin fəaliyyəti xoş məramlıdır, yəni dünyada sülhsevər xalqların haqlarının və təhlükəsizliklərinin qorunması, mürtəce qüvvələrin müstəqil, suveren dövlətlərin daxili işlərinə qarışmasına imkan verməmək və buna qarşı birgə mübarizə aparmaqdır. Həmçinin Hərəkatın məqsədi milli-mənəvi dəyərləri təhqir edənlərə qarşı sərt tədbirlərin tətbiqi və BMT-də islahatların aparılmasıdır. Bilirsiniz ki, 186 ölkənin daxil olduğu BMT və onun Təhlükəsizlik Şurası ABŞ-ın əlində bir alətə çevrilib. BMT-nin daimi üzvü Birləşmiş Ştatlar, Rusiya, Çin, İngiltərə, Fransanın, yaxud hər hansı birinin müzakirələr zamanı veto hüququndan istifadəsi qəbul olunan qərarın əngəllənməsinə gətirib çıxarır. Belə ki, artıq BMT-də İsrailə qarşı 68, Ermənistana qarşı isə 4 qərar çıxarılıb. Lakin ABŞ-ın bu qərarlara veto qoyması nəticəsində nə qəsbkar İsrail, nə də təcavüzkar Erənistan cəzalandırılıb. ABŞ BMT-nin razılığı olmadan İraq və Əfqanıstanı işğal edib və bu günə kimi sionist rejimli İsrailə himayə göstərir. Ermənistana isə hər il 100 milyonlarla dollar əvəzsiz vəsait ayırır. Dünyada atom silahını inhisarda saxlayan, II Dünya Müharibəsindən sonra ilk dəfə Yaponiyanın iki şəhərini bombalayan təcavüzkar ABŞ İran İslam Respublikasının sülh məqsədiylə alterantiv enerji mənbəyi kimi nəzərdə tutduğu uranın saflaşdırmasına mane olmağa çalışır. Amerika İranın dinc məqsədli nüvə proqramını kütləvi qırğın silahı kimi qələmə verərək dünya ictimaiyyətində yanlış məlumatlar formalaşdırır və BMT TŞ-na, digər daimi üzvlərə təzyiq göstərərək, onları İslam Respublikasına qarşı iqtisadi sanksiyalar tətbiqinə məcbur edir. Vaxtaşırı gah dövlət məmurlarının, gah da sionist İsrailin dili ilə hədə-qorxu gəlməyə cəhd edir. Lakin bütün bunlar İİR xalqı üçün heç bir psixoloji sarsıntı və çətinlik törətmir.
Danimarkada, Hollandiyada İslm Peyğəmbərinə, Qurana qarşı olan hörmətsizliyə görə bir neçə məlun rəssam, jurnalist və üzdəniraq rejissor hələ də layiqli cəza almayıblar. Azərbaycanda da üzdəniraq yazıçı Rafiq Tağı elə ABŞ-ın himayəsi ilə azadlığa buraxıldı. Bütün bunların qarşısının alınması, işğalçı, təcavüzkar, mürtəce dövlətlərə qarşı birgə mübrizə aparmaq üçün BQÖH-nin vaxtaşırı toplantılarının təşkili, qərarların qəbulu və onun həyata keçirilməsi sülhsevər xalqların əmin-amanlıq şəraitində yaşamasına səbəb olacaq. BMT-yə daxil olan dövlətlərin 2/3 təşkil edən bu hərəkatın Təhlükəsizlik Şurasında ən azı iki daimi üzvü olmalıdır və hesab edirəm ki, Hərəkat buna nail olacaq.