Tarix : 2022 May 25
Kod 62565

İsveçrəli turistlər Təbriz bazarı və Elgölü kompleksinin füsunkarlığına heyran qalıblar

Şübhəsiz ki, Təbriz və onun gözəlliklərinin şöhrəti sərhədləri elə keçib ki, Avropanın ən ucqar yerlərindən belə bu şəhəri və onun minlərlə illik tarixini görməyə gəlirlər. Min illik bazarı, Göy və Ərg məscidlərini gördükdə, heyrətdən ağzı açıq qalan turistlər Elgölüdə istirahət edirlər. Təbrizlilərin mehribanlıq və qonaqpərvərliyi ilə üz-üzə gəlirlər.
Arannews :Korona pandemiyası dövrü və turizm qapılarının bağlanması sanki bütün dünyada eyni təsirə malik olmuşdur. İranlılar ruhun yenilənməsi üçün səyahət etməyi seçdikləri kimi, avropalılar və digər xalqlar da səfərə çıxırlar.
Ötən həftə Təbrizin “Elgölü” turizm bazarı çox gur idi. Belə ki, bu tarixi-istirahət kompleksində yerli səyyahlarla yanaşı, turistlər və xarici qonaqlar da gözəl vaxt keçirib.
Ev sahibi olaraq onların yanına getdik. Salam və hal-əhval soruşduqdan sonra, Təbriz və bu şəhərdə olmaları haqqında fikirlərini soruşdum; İsveçrəli turistlər Jonas və arvadı, gənc oğlan və qadın olan öz ailə dostları ilə birlikdə dünya səyahəti marşrutu çərçivəsində Təbrizdə qalıb, bu şəhərin tarixi abidələri və görməli yerlərini ziyarət etmək istəyiblər.
Elgölündə olduqlarının ikinci gününün səhəri mən Jonas, Manuela və onların həyat yoldaşları ilə söhbət etdim və ilk növbədə onların Təbriz haqqında fikirlərini soruşdum. Jonas təbrizlilərə əcnəbi səyyahlara və qonaqlara göstərdikləri diqqət və mehribanlıq üçün təşəkkür edərək Təbrizin tarixi keçmişinə toxunaraq dedi: “Bu diyarda çoxlu görməli yerlər var və biz bu gözəllikləri görməkdə maraqlı idik.”
Onun sözlərinə görə, bu, onların Təbrizə ilk səfəri idi və bir gün əvvəl Təbriz bazarına getmişdilər. Manuela deyir: Dünya turizmi haqqında bir kitabda Təbriz bazarı haqqında belə bir yazı var idi: “Buranı mütləq və hökmən görmək lazımdır!!” Elə bu ifadə onları Təbrizə gətirmişdi.
Mənbə: Təbrizin Arman İnformasiya Agentliyi

 
  • Yazılıb
  • da (də) 2022 May 25
  • Göndərən جهان کمالی