Tarix : 2022 May 26
Kod 62566

AXCP üzvü olan siyasi məhbus azadlığa çıxıb

Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Məhərrəmli (Məhərrəmov) 4 illik həbs cəzası başa çatdıqdan sonra bu gün cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Arannews :Cəzaçəkmə müəssisəsinin qarşısında çox sayda AXCP üzvü və jurnalistlə görüşə imkan verməmək üçün fəal səhər tezdən buraxılıb.

Məhərrəmli bildirib ki, o, azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətini davam etdirəcək. 

Xatırladaq ki, Məhərrəmli 2018-ci ilin mayında "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında qondarma iş üzrə həbs edilib. O, 4 il həbs cəzasına məhkum edilib. Vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququ olmasına baxmayaraq, məhkəmələr dəfələrlə onun bu barədə müraciətini təmin etməyib.

A. Məhərrəmli siyasi məhbus kimi tanınıb.

  • Yazılıb
  • da (də) 2022 May 26
  • Göndərən جهان کمالی