Tarix : 2008 Aug 02
Kod 6257

MUSAVAT PARTİYASI PREZİDENT SEÇKİLƏRİNİ BOYKOT ETMƏK HAQDA QƏRAR VERDİ

Bundan sonra partiyanın qarşıdan gələn prezident seçkisində iştirak edib-etməməsi məsələsi müzakirəyə çıxarılıb
Azerbaijan Servisi/Aran Agentliyi

Bu gün saat 11:00-da Müsavat Partiyası Məclisinin sessiyası başlayıb.  77 Məclis üzvünün iştirak etdiyi iclasda partiyanın Xətai və Kürdəmir təşkilatlarının yeni seçilmiş sədrlərinin Məclis üzvü səlahiyyəti təsdiqlənib.

Bundan sonra partiyanın qarşıdan gələn prezident seçkisində iştirak edib-etməməsi məsələsi müzakirəyə çıxarılıb. Məclis sədri Sülhəddin Əkbər qurumun ötən ilki iclasında Müsavat Partiyasının seçkiyə qatılması barədə qərar qəbul olunduğunu, bununla belə, boykot hüququnu da özündə saxladığını deyib.
Müzakirələrdə çıxış edən Müsavat başqanı İsa Qəmbər prezident seçkilərinin boykot olunmasına tərəfdar olduğunu bəyan edib. O, mövqeyini ölkədə söz və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, Seçki Məcəlləsinə antidemokratik dəyişikliklər edilməsi ilə əsaslandırıb: “Azərbaycanda prezident seçkisinə iki ay qalıb, ancaq ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Beynəlxalq təşkilatlar da Azərbaycandakı vəziyyətə ikili standartla yanaşırlar”.

  • Yazılıb
  • da (də) 2008 Aug 02