Tarix : 2022 May 29
Kod 62572

Consondan Ukraynaya daha vacib dəstək: Bu dəfə silah deyil…

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna lideri Vladimir Zelenskiyə Ukraynadan taxıl ixracının bərpasına kömək edəcəyinə söz verib.

Arannews :Bu barədə iki ölkə rəhbərlərinin telefon danışığı zamanı bildirilib.
Baş nazir Zelenskini əmin edib ki, Britaniya beynəlxalq tərəfdaşlarla, o cümlədən G7 ölkələri ilə ərzaq təchizatı problemi üzərində intensiv işləyir.
Zelenski və Conson təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasına icazə verməsi ilə bağlı həmrəy olduqlarını vurğulayıblar.
Qeyd edək ki, mayın 30-31-də keçiriləcək Qida sammitində də donanmanın müşayiəti ilə Qara dəniz limanlarından Ukrayna taxılının ixracı imkanları müzakirə ediləcək.

  • Yazılıb
  • da (də) 2022 May 29
  • Göndərən جهان کمالی