Cənubi Koreyanın Xalqın Gücü Partiyası Rusiya ilə davam edən hərbi münaqişə fonunda Kiyevə dəstəyini ifadə etmək üçün Ukraynaya nümayəndə heyəti göndərməyi planlaşdırır.
Arannews :bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, səfər iyun ayında baş tutmalıdır.
Partiyanın sədri Li Jun Sok, eləcə də bir sıra deputatlar Ukraynaya səfərə hazırlaşır.
Partiya həmçinin Ukraynada sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib.
"Xalqın Gücü" vurğulayıb ki, onların partiyası Asiyadan Kiyevə öz nümayəndələrini göndərən ilk partiyadır.
Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.
Bundan əvvəl Almaniyanın keçmiş prezidenti Yoahim Qauk Kiyevin müdafiə qabiliyyətini gücləndirmək üçün silah tədarükünün zəruriliyini qeyd edib.
Eyni zamanda o bildirib ki, siyasətçilər Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməlidirlər.