Tarix : 2022 Jun 01
Kod 62582

Ermənilər Tovuzu və Kəlbəcəri ATƏŞƏ TUTDULAR

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub.

Arannews :Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

  • Yazılıb
  • da (də) 2022 Jun 01
  • Göndərən جهان کمالی