Tarix : 2022 Jun 01
Kod 62584

Fəqan Məmmədov: "Əsl cinayətkar sizsiniz, insanları şərləyirsiz"

Fəqan Məmmədov: "Məni namazın üstündən aparıb, rəisin yanında 6 saat hədə-qorxu gəldilər ki, susmasan qardaşını da tutacağıq"

Arannews :Fəqan Məmmədov: "Məni namazın üstündən aparıb, rəisin yanında 6 saat hədə-qorxu gəldilər ki, susmasan qardaşını da tutacağıq"
31 may saat 14:10 tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Fəqan Məmmədova 7 il həbs cəzası istədi. Bu zaman zalda olan Fəqan Məmmədov dövlət ittihamçısını ədalətli olmağa çağırdı: "Əsl cinayətkar sizsiniz ki, insanların üstünə şər atırsınız. Hələ vaxtınız var, Allahın Yoluna gəlin, şər atmayın".
Təqsirlənidirlən şəxsin vəkili Fariz Namazov çıxış edərək Fəqan Məmmədovun saxlanılarkən baş verən qanun pozuntularından və istintaq zamanı verilən işgəncələrdən danışdı.
F.Məmmədov 28 may tarixində saxlanıldığı Kürdəxanı təcridxanasında təhdid edildiyin dedi: "Özünü təqdim etməyən şəxslər təcridxanaya gəlib məni tələb ediblər. Mən o zaman namaz qılırdı. Məni Kürdəxanı təcridxanasının rəisinin yanında dindirməyə başladılar. Təxminən günorta saat 1-dən 6-ya qədər davam etdi. Məni "susmasan qardaşını da tutacağıq" təhdidi ilə qorxutmağa çalışan bu adamlara etdikləri barədə məhkəmədə hakimə bildirəcəyimi dedikdə onlar "Məhkəmə, hakim kimdir ki? Biz nə desək məhkəmə də həmin sifarişi yerinə yetirəcək" dedilər". 
Sonuncu məhkəmə prosesi 3 iyun saat 10:00-a təyin edildi.
Xatırladaq ki, 2021-ci ilin 2 sentyabr tarixində Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov Bakı şəhərində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.
Onlar cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə baarələrində cinayət işi açılıb.
Daha sonra digər Gəncə sakini Amin Kərimli evindən tutularaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilib.
Hər üç gənc həbslərini sifarişli olduğunu bildirib və ittihamı qəbul etməyiblər.
Onlar Bakıdan Gəncəyə üzərində "Ya Hüseyn" yazılmış köynəklərin gətirilməsinə görə şərlənərək həbs edildiklərini bildiriblər.
Arif Cəfərov və Fəqan Məmmədovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində, Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində keçirilir.

  • Yazılıb
  • da (də) 2022 Jun 01
  • Göndərən جهان کمالی