Ukraynada müharibənin 100-cü günü yaxınlaşdıqca Rusiya daxilində vəziyyət gərginləşir. Döyüşdəki uğursuzluq Rusiya ordusunun yüksək vəzifəli zabitləri arasında narazılığa səbəb olub. Belə ki, hakimiyyətin müharibə siyasətindən narazı qalan rus polkovniklərin gizli lentə alınmış səs yazıları mətbuata sızdırılıb.
Arannews :Modern.az xəbər verir ki, Ukrayna təhlükəsizlik xidmətinin radarına düşən telefon zəngi Rusiya ordusunda xaosun yaşandığını üzə çıxarıb.
Ukrayna tərəfinin yaydığı səs yazısında iki rus polkovnik Prezident Vladimir Putin və müdafiə naziri, ordu generalı Sergey Şoyqunu ölkəni dağıtmaqda ittiham edərək, onların ünvanına təhqiramiz fikirlər səsləndirib.
Səs yazısı rezonans doğuran rus zabitlərin 42 yaşlı Maksim Vlasova və 47 yaşlı Vitali Kovtun olduğu bildirilir.
Məlumata görə, zabitlər telefon söhbətində Rusiya ordusunun Ukraynada böyük itkilər verdiyini etiraf ediblər.