Tarix : 2022 Jun 07
Kod 62597

Tale Bağırzadə aclıq aksiyasına başlayıb

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə aclıq aksiyasına başlayıb.

Arannews :Hərəkatın rəsmi Facebook səhifəsində bu barədə məlumat verilib.
Məlumatda bildirilir ki, "İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. İyunun 3-də, cümə günü saxlanıldığı Qobustan həbsxanasının rəhbərliyinə aksiya ilə bağlı yazılı bildiriş edərək, o, aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda Allahın söyülməsi, təhqirinin dayandığını bildirib. Bütün bunların bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbul edilməz addım olduğunu bildirən T. Bağırzadə işgəncə edilərkən Allahın təhqir olunması faktında adı çəkilən Dövlət Təhlükəsizlik Xidməti adından edilən cinayətin hər bir iştirakçısının cəzalanmayacağı təqdirdə sonu şəhadət olan bu addımında israrlı olacağını bəyan edir. O, eyni halda bu işin dini düşüncəsindən asılı olmayaraq hər bir vicdanlı şəxsin narahatlıq amili olacağını söyləyib".

Qeyd edək ki, bir neçə gün öncə Müsəlman Birliyi hərəkatının üzvü Razi Hümbəyovun Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesindən sonra polis 6 MBH üzvünü saxlamışdı. Daha sonra onlara ağır işgəncələr verildiyi məlum olmuşdu. Bu barədə "Müdafiə Xətti" Hüquq Müdafiəsi Təşkilatının və Müsəlman Birliyi Hərəkatının birlikdə keçirdikləri konfrans zamanı işgəncəyə məruz qalmış şəxslər onlara fiziki və mənəvi təhqiredici hərəkətlərin edildiyi, hətta Allahın və prezident İlham Əliyevin ağır söyüşlərhə təhqir edildiyini demişdilər.

 

  • Yazılıb
  • da (də) 2022 Jun 07
  • Göndərən جهان کمالی