Siyasi məhbus Abbas Hüseyn Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulub.
Arannews :Hərəkatın rəsmi Facebook səhifəsində bu barədə məlumat paylaşılıb.
Məlumatda deyilir:
"Daha bir siyasi məhbus aclıq aksiyasına qoşuldu.
Polis idarələrində işgəcələrlə bərabər insanların dini inancına həqarət, konkret olaraq Allahın təhqiri ilə əlaqədar İyunun 3 də Müsəlman Birliyi Hərəkatını sədri Tale Bağrzadə aclıq aksiyasına başlayıb.
Bu gün növbəti siyasi məhbus, Abbas Hüseyn də Allahın təhqir olunması ilə bağlı davam edən aclıq aksiyasına qoşulub. O, bu iyrənc addımlarda əli olan hər bir şəxsin cəzalanmayacağı günə qədər aclığını davam etdirəcəyini, Tale Bağırzadəyə haqq işində son nəfəsinə qədər dəstək olacağını bəyan edir".