Tarix : 2022 Jun 08
Kod 62600

BMT Ukraynada ölən və yaralanan mülki şəxslərin sayını açıqlayıb

Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi Ukraynada 4 253 mülki şəxs ölüb.

“Arannews :Report” xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.
Mülki əhalinin yaşayış yerlərinə ağır artilleriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.
Bildirilib ki, ölənlər arasında 1 617 kişi, 1 064 qadın, 105 oğlan və 100 qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 67 uşaq və 1 300 böyük var. Eyni zamanda, 5 141 nəfər yaralanıb.
Qeyd olunur ki, faktiki itkilər daha çoxdur.

  • Yazılıb
  • da (də) 2022 Jun 08
  • Göndərən جهان کمالی