Tarix : 2022 Jun 10
Kod 62606

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisiyə başsağlığı verib.

Arannews : xəbər verir ki, başsağlığında deyilir:
“Hörrmətli cənab Prezident
Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”

  • Yazılıb
  • da (də) 2022 Jun 10
  • Göndərən جهان کمالی