Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməyib.
Arannews :Bu barədə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı özü bildirib.
Prezident deyib ki, üç ölkəyə səfərlər çərçivəsində Gürcüstana Avropa İtifaqına üzvlüyə namizəd statusunun verilməsi barədə danışıqlar aparmağı planlaşdırırdı: “Mənə bildirdilər ki, hökumət statusun alınması prosesinin dəstəklənməsi üçün hər şey edib”.
S.Zurabişvili Gürcüstanın Avropadan başqa gələcəyinin olmadığını qeyd edib: “Mən Gürcüstana qayıdıram və bu gələcəyi orada müdafiə edəcəyəm”.