Allahın təhqir olunmasına etiraz olaraq daha 7 məhkum aclıq aksiyasına qoşulub.
Arannews :Bu barədə məhkumların özləri xəbər veriblər.
11 saylı cəzaçəkmə müəssisəsindən məhkumlar Cavadov Miryusif, Məmmədov Fariz, Həmzəyev Əvəz, Ruzbekar Allahverdi, Həsənov Mirhəsən və Muxtar adlı məhbuslar bu gün rəhbərliyə müraciət edərək Allahın təhqirinə etiraz olaraq aclığa başladığını bildiriblər.
Tələb olaraq onlar Allahın təhqirinə yol verən şəxslərin cəzalanmasını bildiriblər.
Xatırladaq ki, iyunun 3-də Müsəlman Birliyi Hərəkatının sədri siyasi məhbus Tale Bağırzadə inanclılara polis idarəsində işgəncə zamanı Allahın söyülərək təhqir edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Ardınca bu aksiyaya Abbas Hüseyn, Cabbar Cabbarov, Polad Aslanov, Firudin Zeynalov, Seyfəddin Şirvanov və Cahad Babakişizadə də qoşulmuşdu.
Beləliklə aclıq aksiyasına qoşulanların sayı 12 nəfərə çatıb.