"Tək Tək" proqramında "Atatürkü sevmirəm" deyən hicablı xanım haqqında başladılan istintaq işə xitam verdi
Turkyə Servisi/Aran Agentliyi
"Tək Tək" proqramında "Başıma bir iş gəlməyəcəksə Atatürkü sevmirəm" deyən hicablı xanım Nuran Canan Bezirgah haqqında istintaq təqibinə son qoyuldu. Xatırladaq ki, bir televiziya verlişinə qatılan hicablı xanım teleaparıcı Fatih Altayın "Atatürkü sevirsənmi?" sualına "Başıma bir iş gəlməyəcəksə Atatürkü sevmirəm" cavabı verən hicablı xanım Nuran Canan Bezirgah haqqında Atatürkü təhqir iddiası ilə başladılan istintaq işi prokuror tərəfindən xətm edildi.
Yığılmış sübut və dəlilləri araşdıran Bəyoğlu Ölkə Baş Prokuroru Müzəffər Yalçın "Sevmək və ya sevilməmək bir könül məsələsidir, yani ürəktə olan bir şeydir" deyərək heç bir təqsir elementinin əmələ gəlmədiyi haqqında qənaətinə gələrək məhkəmə təqibinin mümkünsüzlüyü haqqında qərar verdi. İstintaqın təqibziliklə mütləq nəticələnməsini vurğulayan Nuran Canan Bezirgah dedi: "Nə olmalıydısa o da oldu. Çünki mən təhqir etmədim. Sadəcə sevmədiyimi söylədim. Kimsə kimisə məcbur sevməli deyil. Bu bir kəlmə sözü elə çox şişirtdilər ki, başıma daha qəliz işlərin açılması sahəsində çalışıb vuruşdular".