Tarix : 2022 Jun 12
Kod 62611

Paşinyan Qarabağa statusun verilməsində israrlıdır

Ermənistanın baş naziri bəyan edib ki, Qarabağın statusu məsələsi münaqişənin həlli kontekstində mühüm əhəmiyyət kəsb edir.

Arannews :Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərini və KTMT-nin baş katibi Stanislav Zası qəbulu zamanı deyib: “Qarabağ münaqişəsinin həlli kontekstində onun statusu məsələsi həyati əhəmiyyət kəsb edir və bu münaqişə sülh yolu ilə, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində həll edilməlidir.”

Paşinyan həmçinin Azərbaycan Respublikasına heç bir dəhlizin verilməyəcəyini bildirib. “Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır və açılacaq bütün yollar keçdiyi ölkənin suverenliyi altında fəaliyyət göstərməlidir”, - deyə Nikol Paşinyan vurğulayıb.

O, həmçinin Azərbaycan prezidentinin son açıqlamasına cavab olaraq, heç bir “dəhliz” məntiqinin ola bilməyəcəyini və bunun ümumi qəbul edildiyini söyləyib.

Xatırladaq ki, president İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdi: “Hər hansı statusdan söhbət gedə bilməz.”

Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizinin açılacağına dair əminlik ifadə edərək bildirmişdi: “Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Bu reallığı hər kəs qəbul etməlidir və edir.”

  • Yazılıb
  • da (də) 2022 Jun 12
  • Göndərən جهان کمالی