Vəliyyi-Fəqihin Azərbaycan Respublikası üzrə nümayəndəsi Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində bir qrup islamçı fəalın şəhadət aclığı aksiyası keçirməsinə münasibət bildirib.
Arannews :Höccətül-İslam Əliəkbər Ocaqnejadın instaqram müraciətində deyilir:
“Allahın fədakar və sadiq dostlarına salam olsun! Hansılar ki, ən çətin məhbəs şəraitində belə öz canlarını Allah yolunda ixlas və səmimiyyətlə təqdim etməyə hazırdırlar. Siz artıq özünüzə vəzifə bildiyiniz işin öhdəsindən gəlmisiniz və Allah Təala hüzurunda əcr almısınız. Lakin qiymətli canınız hər şeydən önəmlidir. Uğur olsun!
Xatırladaq ki, Hacı Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.