Tarix : 2022 Jun 13
Kod 62617

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib

Azərbaycan Ordusunun hərbi qulluqçuları, tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən dünyasını dəyişib.

Arannews :Məlumata görə, hərbi qulluqçular - tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.
Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.
Həkimlərin səyinə baxmayaraq, hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

  • Yazılıb
  • da (də) 2022 Jun 13
  • Göndərən جهان کمالی