Tarix : 2022 Jun 15
Kod 62622

Doktor Cavanpur: Azərbaycan hökuməti günahkar məmurları cəzalandırsın

Təbriz Azad Universitetinin professoru Əziz Cavanpur deyib: “Bəzi polis məmurlarının kommunist məqsədlərini davam etdirməsi və sionist rejimin siyasi və təhlükəsizlik sahələrində təsirinin olması Azərbaycan Respublikasında təhqir və işgəncələrin kökündə dayanır. Azərbaycan hökuməti təqsirkar məmurları cəzalandırmalıdır.”
AranNews - Son günlər Azərbaycan Respublikasında müqəddəslərin təhqir olunması, dindarların təhqir və işgəncələrə məruz qalması ilə bağlı acınacaqlı xəbərlər yayılır. Hansı ki, bu xoşagəlməz hadisənin ardınca həbsdə olan azərbaycanlı məhbus Hacı Tale Bağırzadə həbsxanada aclıq aksiyası keçirərək hadisəyə reaksiya verdi, sonra isə daha bir neçə məhbus aclıq aksiyasına qoşuldu. Bu hadisələr insanların ictimai hisslərini incitdi və narahat etdi.
İslam ölkəsində belə halların baş verməsi həqiqətən çox təəssüf doğurur. Çünki təkcə İslamda deyil, hətta insanlıqda heç kimin başqasının müqəddəslərini təhqir etməyə haqqı yoxdur. Azərbaycan hökumətindən ən az gözlənti bu məsələyə ciddi diqqət yetirməsi, bu cür təhqir və hörmətsizliyə yol verən məmurları ciddi və peşmanedici cəzalandırmasıdır.
Bu cür davranışın kökünün bir hissəsi kommunistlərin bu ölkəyə rəhbərlik etdiyi 70 illik dövrə gedib çıxır; kommunistlərin Azərbaycan xalqının İslam inancına qarşı durmağa çalışdığı, lakin nail ola bilmədikləri dövr. İndi Azərbaycanda sanki həmin kommunistlər tərəfindən yetişdirilmiş bir neçə məmur peyda olub, eyni məqsəd və yolu davam etdirmək istəyir.
Digər tərəfdən, sionist rejimin Azərbaycan Respublikasının siyasi və təhlükəsizlik sahələrində mövcudluğu və təsiri İranın qonşuluğu və sərhədləri boyunca müqəddəslərə təhqiri və İslamla düşmənçiliyi daha da artırır.
Təbii ki, düşmənlərin fitnələrinə baxmayaraq, iki qardaş və qonşu dini ortaq ölkə kimi İran və Azərbaycan Respublikası xalqları arasında münasibətlər əlverişli vəziyyətdədir. Bu səbəbdən İslam düşmənləri İranla Azərbaycan arasında bu əlaqələrin genişlənməsini istəmirlər. Bu arada iki ölkə xalqı diqqətli və ayıq olmalı, sionist rejimin hüzur və mövcudluğunun müvəqqəti olduğunu bilməli, Azərbaycan xalqının vəziyyətinə isə heç vaxt kömək etməyəcəklərini bilməlidir.
İslam düşmənlərinin, xüsusilə sionist rejimin Azərbaycan Respublikasında məmurları hər gün yeni problem yaradır, iki ölkə arasında əlaqələrin genişlənməsinin qarşısını almağa çalışırlar. İslam müqavimət cəbhəsi qarşısında Aralıq dənizindən tutmuş İraq və Yəmənə qədər bütün sahələrdə uğursuzluğa düçar olmuş sionist rejim yeni coğrafiya axtarışındadır ki, müqavimət cəbhəsindən qisas almaq üçün ondan bir platforma kimi istifadə edə bilsin. Faktlar göstərir ki, bu iş üçün Azərbaycan Respublikasının ərazisini seçmişdir.
İnsan hüquq və azadlıqlarını iddia edən Avropa ölkələrində İslam Peyğəmbərini (s) təhqir etmək, Quranı yandırmaq da İslam dini ilə düşmənçilik istiqamətində baş verir və sübut edir ki, bu qrupun Azərbaycanla, İranla yox, Allaha ibadətlə, İslamla problemləri var.
Sonda qeyd etməliyəm ki, İran və Azərbaycan xalqları arasında bir-birinə dərin bağlılıq vardır və düşmənlərimizin ixtilaf yaratmaqdan heç bir fayda görməyəcəyinə şübhə yoxdur. Biz keçmişdə olduğu kimi bacardığımız qədər bir yerdə olmalı, iki dost və müsəlman ölkəsi arasında əlaqələri inkişaf etdirməliyik və bu əlaqələrin genişlənməsinə heç nə mane ola bilməz.

 
  • Yazılıb
  • da (də) 2022 Jun 15
  • Göndərən جهان کمالی