Tarix : 2022 Jun 16
Kod 62626

ABŞ-ın sanksiyalarını neytrallaşdırmaq üçün dünya enerji üçbucağının alyansı

Dünya neft və qaz ehtiyatlarının təxminən yarısını təşkil edən üç ölkə kimi İran, Rusiya və Venesuelanın ittifaqı ABŞ-ın hər üç ölkəyə qarşı sanksiyalarının neytrallaşdırılmasında təsirli ola bilər.
AranNews “İRNA”-ya istinadla bildirir ki, neft bazarı son bir neçə ildə müxtəlif ölkələrdə siyasi gərginliklərin meydanına çevrilib. Bunların başında, təbii ki, ABŞ-ın İranın neft sənayesinə qarşı birtərəfli sanksiyaları dayanır. Bu sanksiyalar İranın neft ixracını dayandırmağa hesablanmışdı. Lakin 13-cü hökumətin hakimiyyətə gəlməsi ilə bu sanksiyalar nəinki təsirsiz qaldı, hətta İranın neft ixracı və istehsal gücü də artdı.
İranla yanaşı, Venesuela da ABŞ-ın neft sanksiyaları ilə üzləşib. Sanksiyalar Venesuela iqtisadiyyatına ciddi zərbə vurdu, amma son illərdə İranın dəstəyi ilə bu sanksiyalar bir qədər təsirini itirib. Yalnız bir göndərişdə ölkəmizin bayrağı ilə üzən 5 İran tankeri Venesuelaya benzin ixrac edib. İranın neft və qaz kondensatının Venesuelaya ixracı da ölkənin neft hasilat imkanlarını qorumaq üçün gündəmdə oldu.
Lakin ABŞ-ın iri neft və qaz hasilatçılarına qarşı sanksiyalar tətbiq etmək bəhanəsi ilə neft bazarındakı avantürası bununla bitmədi. ABŞ Ukrayna ilə Rusiya arasında hərbi gərginliyi bəhanə edərək, Rusiyanın da neft və qaz sənayesinə qarşı sanksiyalar elan etdi. Bunun ardınca Avropa İttifaqı Rusiya neftini boykot etdiyini və bu ilin sonuna qədər Rusiyadan neft idxalını 90% azaltdığını elan etdi.
Qiymətlərin Rusiyanın sanksiyalarına reaksiyasından sonra ABŞ bir qədər geri çəkilməli oldu və elan etdi ki, Rusiya neftinin ixracına qarşı sanksiyalar tətbiq etmək əvəzinə, Rusiya neftinə qiymət həddi qoyula bilər.
Diqqəti çəkən odur ki, İran, Rusiya və Venesuela birlikdə dünya neft mənbələrinin təxminən 45 faizini, qaz mənbələrinin isə 40 faizini təşkil edir. Bu o deməkdir ki, dünya neft və qaz ehtiyatlarının təxminən yarısı bu üç ölkənin əlindədir. Üç ölkənin enerji bazarında birləşməsi ABŞ-ın sanksiyalarını neytrallaşdırmaqla yanaşı, qiymətlərə də təsir edə bilər.
Venesuela təkcə dünya neft ehtiyatlarının 303 milyard barreli və ya dünya neft ehtiyatlarının 21,3 faizi ilə dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. İranın da 157 milyard barel nefti vardır ki, bu da ölkəmizə aid olan dünya neft ehtiyatlarının 18%-ni təşkil edir. Rusiyanın isə 80 milyard barel nefti vardır ki, bu da dünya neft ehtiyatlarının 5,3 faizinə bərabərdir.
35 trilyon kubmetr qaza malik Rusiya dünya qaz ehtiyatlarının 19 faizindən çoxuna sahibdir. Ehtiyatların təxminən 65% -i Sibir bölgəsində yerləşir. Rusiyadan sonra İran kəşf edilmiş 33 trilyon qaz ehtiyatı və 17,1 faiz payla ikinci yerdədir. Venesuelanın təxminən 5 trilyon kubmetr qazı vardır ki, bu da dünya qaz ehtiyatlarının 2,6-sına bərabərdir.
Bu arada İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkə kimi bu ittifaqın yaradılmasında mühüm rola malikdir. 13-cü hökumət enerji diplomatiyasının inkişafını özünün əsas prioritetlərindən biri elan etdiyi kimi, neft naziri də bu yanaşmaya uyğun addım atır.
İran Azərbaycan Respublikası və Türkmənistandan tutmuş Oman və Pakistana kimi qonşu ölkələrlə enerji əlaqələrinə diqqət yetirməklə yanaşı, daha uzaq tərəfdaşlara da xüsusi diqqət yetirib.
Cavad Ovci prezident İbrahim Rəisini Rusiyaya səfərində müşayiət etdi. Orada İran və Rusiya neft və qazın müxtəlif sahələrində anlaşma memorandumları və sazişlər imzalandı. Ötən həftələrdə Rusiya baş nazirinin müavini Rusiya nümayəndə heyəti ilə İrana gəldi və sonda, İran və Rusiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya rəhbərlərinin görüşündən sonra (mayın 25-də) neft naziri Cavad Ovci və Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak arasında birgə bəyanat imzalandı.
May ayında da neft naziri enerji diplomatiyasının aktivləşdirilməsi ilə bağlı Latın Amerikası ölkələrinə, o cümlədən Venesuela və Nikaraquaya da çoxsaylı səfərlər etdi və bu səfərlər zamanı neft sahəsində dörd anlaşma memorandumu və iki müqavilə imzalandı.

 
  • Yazılıb
  • da (də) 2022 Jun 16
  • Göndərən جهان کمالی