Tarix : 2022 Jun 18
Kod 62629

Ceyhun Bayramov Sergey Lavrovla Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Arannews :Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədəki cari vəziyyəti, o cümlədən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

  • Yazılıb
  • da (də) 2022 Jun 18
  • Göndərən جهان کمالی