Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Arannews :xəbər verir ki, bu barədə Abbas Musəvi Tvitter hesabında bildirib.
“Bu gün mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə 2 qonşu ölkənin münasibətləri müzakirə edildi” – deyə diplomat vurğulayıb.