Tarix : 2022 Jun 19
Kod 62631

Ayətullah Ərafi:

Azərbaycan Respublikası dövləti xalqın dini hisslərinə diqqət yetirsin/ Müqəddəsliklərin təhqir edilməsinə görə üzr istəyin

Azərbaycan Respublikası dövləti xalqın dini hisslərinə diqqət yetirsin/ Müqəddəsliklərin təhqir edilməsinə görə üzr istəyin
Arannews :Hövzə/ Elm hövzələrinin rəisi deyib: Azərbaycan Respublikası dövlətindən gözləyirik ki, xalqın dini hisslərinə diqqət yetirsin. Qum, İran dini hövzəsi və İslam ümməti gözləyir ki, orada müqəddəsliklərin təhqir edilməsinə görə üzr istənilsin.
Hövzə informasiya mərkəzinin müxbiri xəbər verir ki, bu gün Səmavi Sənətlər Festivalının Cameətuzzəhra Oyanış Salonunda keçirilən bağlanış mərasimində çıxış edən Ayətullah Ərafi həbsdə olan bəzi tələbə ruhanilərin aclıq etiraz aksiyasına işarə ilə deyib:  Azərbaycan Respublikasının bizə əziz tələbə və ruhanilərdən, dini rəhbərlərindən bir qrupu həbsxanadadır. Son vaxtlar Hacı Taleh və əzizlərimizdən bir qrupu ağır bir  etiraz aksiyasına başlayıblar. Məqsəd orada müqəddəsliklərin təhqir edilməsinə etirazdır. Azərbaycan Respublikası dövlətindən gözləyirik ki, xalqın dini hisslərinə diqqət yetirsin. Qum, İran dini hövzəsi və İslam ümməti gözləyir ki, orada müqəddəsliklərin təhqir edilməsinə görə üzr istənilsin.
O əlavə edib: Bilsinlər ki, bizim dini şəxsiyyətlərimiz İslam dünyasının bir məntəqəsindən olsalar da, bütün İslam ümmətinə məxsusdurlar. Gözləntimiz var ki, bu iradlar aradan qaldırılsın. Dostlarımız da öz həyatlarının qorunması üçün addım atsınlar. Onlar İslam ümməti və Azərbaycan Respublikasının gələcəyidirlər.
  • Yazılıb
  • da (də) 2022 Jun 19
  • Göndərən جهان کمالی