Tarix : 2022 Jun 19
Kod 62634

İranın Hərbi Dəniz Donanması regional təhdidlərə uyğun modernləşdiriləcək

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri bildirib ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin donanmasını regional təhlükələrə uyğun olaraq, yeniləyəcək.

Arannews : İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani yerli esmineslərin, hərbi gəmilərin və sualtı və suüstü qayıqların istehsalı prosesini müşahidə etmək üçün İranın cənubundakı Hörmüzqan vilayətinə səfər zamanı deyib: "Müdafiənin bütün aspektlərində, o cümlədən quruda və havada, xüsusən də dənizdə gücün inkişafı ölkənin müdafiə proqramlarının prioritet istiqamətlərindən biridir".
O, İranın xüsusilə də Fars körfəzindəki geosiyasi mövqeyinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, əlavə edib: "Müdafiə Nazirliyi Silahlı Qüvvələrin hərbi dəniz donanmasını silahlı qüvvələrin ehtiyaclarına və bütün ərazi sularında regional təhlükələrə uyğun olaraq, yeniləyəcək və təchiz edəcək". 
Briqada generalı Məhəmməd Rza Aştiani daha sonra deyib: "Regiona və dünyaya İranın mesajı sülh və əmin-amanlıq mesajıdır. Digər tərəfdən, bölgədə sülh və sabitliyin bütün region ölkələrinin iştirakı və əməkdaşlığı ilə əldə oluna biləcəyinə inanırıq və İran İslam Respublikası əcnəbilərin və transregional qüvvələrin varlığını regionun əmin-amansızlığının səbəbi hesab

  • Yazılıb
  • da (də) 2022 Jun 19
  • Göndərən جهان کمالی