İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri bildirib ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin donanmasını regional təhlükələrə uyğun olaraq, yeniləyəcək.
Arannews : İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani yerli esmineslərin, hərbi gəmilərin və sualtı və suüstü qayıqların istehsalı prosesini müşahidə etmək üçün İranın cənubundakı Hörmüzqan vilayətinə səfər zamanı deyib: "Müdafiənin bütün aspektlərində, o cümlədən quruda və havada, xüsusən də dənizdə gücün inkişafı ölkənin müdafiə proqramlarının prioritet istiqamətlərindən biridir".
O, İranın xüsusilə də Fars körfəzindəki geosiyasi mövqeyinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, əlavə edib: "Müdafiə Nazirliyi Silahlı Qüvvələrin hərbi dəniz donanmasını silahlı qüvvələrin ehtiyaclarına və bütün ərazi sularında regional təhlükələrə uyğun olaraq, yeniləyəcək və təchiz edəcək".
Briqada generalı Məhəmməd Rza Aştiani daha sonra deyib: "Regiona və dünyaya İranın mesajı sülh və əmin-amanlıq mesajıdır. Digər tərəfdən, bölgədə sülh və sabitliyin bütün region ölkələrinin iştirakı və əməkdaşlığı ilə əldə oluna biləcəyinə inanırıq və İran İslam Respublikası əcnəbilərin və transregional qüvvələrin varlığını regionun əmin-amansızlığının səbəbi hesab