Tarix : 2022 Jun 21
Kod 62641

Rusiya BMT Təşhükəsizlik Şurasında İsrailə qarşı qətnamə qəbul etməyə çalışır

Sionist rejim mənbələri bildiriblər ki, Təl-Əvivin Dəməşq Beynəlxalq Hava Limanına son hücumundan sonra Moskva BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün bu rejimi qınayan qətnamə layihəsi hazırlayır.

Arannews : Sionist mənbələr bazar günü İsrail rejiminin Dəməşq Beynəlxalq Hava Limanına son hücumları fonunda Rusiyanın Təl-Əvivə qarşı beynəlxalq tədbirlər görməyi planlaşdırdığını bildiriblər.
Sionist rejimin iki həftə əvvəl Dəməşq Beynəlxalq Hava Limanına hücumu ona böyük ziyan vurub və Suriya Nəqliyyat Nazirliyi növbəti xəbərdarlığa qədər uçuşları dayandırdığını açıqlayıb.
Bu hücum Moskvanın kəskin tənqidi ilə üzləşib və o, bu hücumun əsassız olduğunu bildirib.
Hücumdan sonra Rusiya Xarici İşlər Nazirliyi İsrail səfiri Aleksandra Ben Çvini çağıraraq Suriyaya təcavüzlə bağlı açıqlama tələb edib və indiyə qədər verilən izahatların Kremli qane etmədiyini bildirib.
Rusiya, həmçinin Suriyanın başqa ölkələrin "döyüş meydanına" çevrilməsinə icazə verməyəcəyini və Suriyanın suverenliyi və ərazi bütövlüyünün vacibliyini sionist səfirin diqqətinə çatdırıb.
Buna uyğun olaraq, Rusiya Təhlükəsizlik Şurasına təqdim etmək üçün sionist rejimin Suriyaya hücumlarını pisləyən qətnamə layihəsi hazırlayır.
Məlumata görə, Rusiyanın Təhlükəsizlik Şurasına təklif edəcək qətnamə layihəsində deyilir ki, hücum beynəlxalq hüquqa zidd həyata keçirilib, regional sabitliyə və Suriyanın suverenliyinə, eləcə də "digər ölkələrin" suverenliyinə xələl gətirir. Buna görə də, sionist rejim onun üçün məsuliyyət daşımalıdır. Çünki hava limanına dəyən ziyan həmçinin Suriyaya humanitar yardımların ötürülməsinə də ciddi zərbə vurub. 
Sionist rejim başçıları Rusiyanın qətnamə üzərində işlədiyini təsdiqləsələr də, onun böyük dəstək qazanacağına şübhə ilə yanaşırlar.
Bu elə bir haldadır ki, "Wall Street Journal"ın məlumatına görə, müvəqqəti sionist rejimi Suriyada həyata keçirdiyi hava hücumlarının əksəriyyətini ABŞ hökuməti ilə koordinasiya edir.
Jurnalın yazdığına görə, İsrailin hava hücumlarının böyük əksəriyyətinə ABŞ icazə verib. Amma ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ ordusu İsrailə hədəflərini seçməkdə kömək etməyib. Bundan əlavə ABŞ, İsrailin Suriyadakı bütün hücumlarını araşdırmayıb.
İsrail rejimi 2011-ci ildən bəri Suriyaya qarşı yüzlərlə hava hücumu həyata keçirib.

  • Yazılıb
  • da (də) 2022 Jun 21
  • Göndərən جهان کمالی