Tarix : 2022 Jun 22
Kod 62645

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Respublikası Ordusunun Laçın və Kəlbəcər istiqamətlərindəki mövqeləri atəşə tutulub.

Arannews :Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtimal olunan tələfat barədə açıqlama verilmir. 

  • Yazılıb
  • da (də) 2022 Jun 22
  • Göndərən جهان کمالی