Tarix : 2022 Jun 24
Kod 62649

Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd statusu aldı

Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu verilib.

Arannews : xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat yayıb.

Qeyd olunub ki, qərar Avropa İttifaqının (Aİ) bu gün keçirilən sammitində qəbul edilib.

Mişel tviter hesabında Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

  • Yazılıb
  • da (də) 2022 Jun 24
  • Göndərən جهان کمالی