Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu verilib.
Arannews : xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat yayıb.
Qeyd olunub ki, qərar Avropa İttifaqının (Aİ) bu gün keçirilən sammitində qəbul edilib.
Mişel tviter hesabında Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.