İyunun 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasına işgüzar səfərə gəlib.
Arannews :S.Lavrov Tehranda İran prezidenti İbrahim Rəisinin qəbulunda olub.
Rusiya XİN başçısının İrana 2 günlük səfərində o İran rəsmiləri ilə nüvə sazişi, Ukrayna, Suriya və Əfğanıstandakı son durumu, qarşılıqlı ticarət və enerji əməkdaşlıqlarını eləcə də Avrasiya və Qafqaz regionları ilə əməkdaşlıq zəminlərini müzakirə edəcək.