Tarix : 2022 Jun 24
Kod 62651

Tale Bağırzadə:Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!
Arannews :Mərhəmətli və Mehriban Allahın adı və yadıyla.
Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin  narahatçılığını  nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik. 
Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!
Tale Bağırzadə 
Qobustan həbsxanası 
23 iyun 2022
  • Yazılıb
  • da (də) 2022 Jun 24
  • Göndərən جهان کمالی