Tarix : 2022 Jun 25
Kod 62653

Xanım millət vəkilləri azərbaycanlı həmkarları ilə görüşüblər

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları Sümayyə Rəfii və Zöhrə Sədər Lacivərdi ilə görüşüb.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, iyunun 23-də keçirilən bu görüşdə komitə sədri qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edərək, bildirib ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. 
İran İslam Şurası Məclisinin deputatları Sümayyə Rəfii və Zöhrə Sədər Lacivərdi də səmimi görüşə görə təşəkkürlərini bildiriblər. Qonaqlar İran parlamentinin strukturu, qadınların parlamentdə təmsilçiliyi barədə məlumat veriblər. İranlı deputatlar İran İslam Şurası Məclisinin komitələri, o cümlədən Ailə, Qadın və Uşaq, Mədəniyyət və Ətraf Mühit komitələrinin fəaliyyətindən bəhs ediblər. Onlar bu sahələrdə ölkələrində həyata keçirilən layihələr, qəbul edilən qanunlar, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışıblar.
Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

  • Yazılıb
  • da (də) 2022 Jun 25
  • Göndərən جهان کمالی