Tarix : 2022 Jun 26
Kod 62655

Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb...

Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Qarabağa səfərinin nəticələrinə yekun vurarkən Azərbaycanı qəzəbləndirə biləcək açıqlama verib.

Arannews : vitse-spiker və "Daşnaksütyun" ali orqanının nümayəndəsi İşxan Sağatelyan iyunun 24-də İrəvanın mərkəzindəki "Fransa" meydanında revanşist və irqçi "Müqavimət" hərəkatının mitinqində deyib: "Çoxlu sayda qeyri-müəyyənliklərə və çətinliklərə baxmayaraq, qarabağlılar öz torpaqlarında möhkəm dayanır və iki aylıq mübarizəmiz qarabağlılara yeni güc verib".
Siyasətçinin sözlərinə görə, müharibədən sonra onlar Qarabağa dəfələrlə səfər ediblər. Ancaq iki gün əvvəl Qarabağda gördükləri ab-havanın fərqli olduğu üzə çıxıb.
“Demək olar ki, Qarabağda da müqavimət ocaqları formalaşıb. Qarabağ xalqı öz Vətəninin ağasıdır və heç vaxt Qarabağın Azərbaycanın tərkibinə daxil olacağına qərar verməyəcək”, - deyə müxalifətçi lider vurğulayıb.
Sağatelyan əmin edib ki, Qarabağda Ermənistanın baş naziri və Azərbaycan prezidentinin erməniləri bölgədən qovmağa yönəlmiş gündəmini bölüşəcək və ona xidmət edəcək heç kim yoxdur.
Onun sözlərinə görə, siyasi qüvvələrlə Qarabağda "Müqavimət" hərəkatının əlaqələndirmə şuralarının yaradılması ilə bağlı razılıq əldə olunub.
Xatırladaq ki, 10 noyabr 2020-ci il bəyannaməsinə əsasən erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalı və tərksilah olunmalı idi, lakin sülhməramlılar buna əməl etməmişlər. Ona görə də hazırda "müqavimət ocaqları"nın formalaşmasına Rusiyanın ən azı yaşıl işıq yandırması istisna olunmur. 

  • Yazılıb
  • da (də) 2022 Jun 26
  • Göndərən جهان کمالی