Tarix : 2022 Jun 26
Kod 62656

“Britaniya Ukraynaya dəstəkdən imtina etsə, istefa verərəm” – Conson

Britaniyanın Baş naziri Boris Conson deyib ki, Ukraynaya dəstək məsələsi onun istefa səbəbi kimi nəzərdən keçirəcəyi fundamental məsələlərdəndir.

Arannews :Bu barədə Baş nazir Conson BBC radiosunun efirində deyib.
Boris Conson liderliyin əxlaqla sıx bağlı olduğuna inandığını qeyd edərək əlavə edib ki, istefa qərarına onun Ukraynaya dəstək məsələsində məğlubiyyəti səbəb ola bilər.
“Əgər mənə desələr ki, Ukrayna məsələsindən əl çəkməliyik, çünki bu məsələ çox mürəkkəbləşib və ukraynalıları dəstəkləmək inflyasiya, iqtisadi zərər baxımından bizə çox baha başa gəlir, o zaman mən çox vacib bir arqumentə qarşı məğlub olduğumu etiraf edər və postdan gedərdim”, – deyə Britaniya Baş naziri bildirib.
Eyni zamanda, Britaniyanın baş naziri qeyd edib ki, indiyədək belə bir vəziyyətin yarandığını görmür.

  • Yazılıb
  • da (də) 2022 Jun 26
  • Göndərən جهان کمالی