Tarix : 2022 Jun 26
Kod 62658

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Ermənistanın ərazi bütövlüyünü pozaraq onun Sünik rayonunun hərbi yolla ələ keçirilməsinə çağırıb.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, Qüdrət Həsənquliyev Poliqon portalına verdiyi müsahibədə deyib: “Azərbaycanın təhlükəsizlik və həyati mənafeləri tələb edir ki, Naxçıvanı Azərbaycanın digər hissəsinə birləşdirək. Həm də bu, artıq Ermənistanın öhdəliyiyidir. Ermənistan özü üçtərəfli 10 noyabr sazişini yerinə yetirmirsə, Azərbaycan onu məcbur edə bilər. Bu zaman Rusiya ilə sözsüz ki, bağlı qapılar arxasında müəyyən məsələlər danışılmalıdır, bundan sonra Azərbaycan Zəngəzuru azad etməlidir.”

Deputat bununla belə qeyd edib ki, o torpaqları Azərbaycana birləşdirmək niyyəti yoxdur. “Sadəcə olaraq o torpaqları götürürük, kommunikasiyalar açılır, müqavilənin şərtləri yerinə yetirilir. Ermənistanın etmədiyini onlara məcburi qaydada icra etdiririk. Sonra isə əsgərlərimiz həmin əraziləri ruslara təhvil verir”, - deyə Qüdrət Həsənquliyev sözlərinə əlavə edib.

  • Yazılıb
  • da (də) 2022 Jun 26
  • Göndərən جهان کمالی