Tarix : 2022 Jun 27
Kod 62662

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

“Arannews : xəbər verir ki, Vladimir Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.
Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.
Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək, o, Rusiya Prezidenti ilə danışıqlardan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

  • Yazılıb
  • da (də) 2022 Jun 27
  • Göndərən جهان کمالی