Tarix : 2022 Jul 01
Kod 62667

İranlı tədqiqatçılar bulud toxumu radarını lokallaşdırıb - Qərbi Asiyada ilk dəfə

Qərbi Asiyada ilk dəfə olaraq iranlı tədqiqatçılar qabaqcıl bulud səpmə radar texnologiyasını lokallaşdırmağa müvəffəq olublar. Bu texnologiya su qıtlığı problemini həll etmək üçün böyük bir addımdır.
 
Arannews :Son illərdə yağışların az yağması quraqlığı daha da artırıb  və hər kəsi bu məsələni idarə etmək üçün bir yol tapmağa sövq edib. Statistikaya görə, 2021-2022-ci su ilinin ilk ayında yağıntının miqdarı keçən illə müqayisədə hətta 20% az olub.
İranlı tədqiqatçılar elmi mərkəzlərin birində bu problemi həll edən qabaqcıl texnologiyanı lokallaşdırıblar: bulud toxumu radarı.
Bu texnologiya o qədər mürəkkəb və həssasdır ki, qadağan edilib və onun orijinal formullarına dünyanın heç bir elmi məlumat bazasında rast gəlmək mümkün deyil. Amma bu elmi mərkəzin səyləri nəticəsində İran qabaqcıl radarın sahibi olmuşdur və bu böyük nailiyyətlə yağışın miqdarını artırmaq və su qıtlığı ilə mübarizə aparmaq üçün böyük addımlar atmaq olar.
Bu texnologiyanın qabaqcıl olmasına diqqət etməklə, İran Qərbi Asiyada bu radarı lokallaşdıran yeganə ölkədir.

 
  • Yazılıb
  • da (də) 2022 Jul 01
  • Göndərən جهان کمالی