Tarix : 2022 Jul 03
Kod 62673

Zelenski azad olunan yaşayış məntəqələrinin sayını açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiyadan azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.

Arannews :Bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
Ukrayna liderinin sözlərinə görə, fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib:
“Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Ancaq bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alırlar. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”,- deyə Zelenski bildirib.
O bildirib ki, şiddətli döyüşlər bütün cəbhəboyu davam edir.

  • Yazılıb
  • da (də) 2022 Jul 03
  • Göndərən جهان کمالی